Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Risklərin idarə edilməsi şöbəsi/ Şöbə Rəhbəri

Razılaşma
İdeal Kredit BOKT

Baxışların sayı: 72

Elan #15340

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
14.04.2025
Bitmə tarixi
10.05.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Maliyyəçi

İş barədə məlumat

• Risklərin müəyyən edilməsi və idarə edilməsi baxımından BOKT-nin fəaliyyətini əhatə edən bütün proseslərə nəzarət edir;
• BOKT-nin fəaliyyətinin mövcud bazar şərtlərinə və BOKT-nin strategiyasına uyğun olması üçün lazımi dəyişikliklərlə bağlı rəhbərliyə təkliflər verir;
• BOKT-nin hər bir əməliyyat növü və fəaliyyət istiqaməti ilə bağlı bütün spesifik risklər üzrə daxili qaydaların adekvatlığını və bu qaydalarda risk yarada bilən müddəaları müəyyən edir, həmçinin daxili sənədlərinin qanunvericiliyə uyğunluğu sahəsində monitorinqlər həyata keçirir, habelə müvafiq düzəlişlərin edilməsi barədə təkliflər verir;
• BOKT-nin informasiya təhlükəsizliyinə dair risklər haqda rəhbərliyi məlumatlandırır və müvafiq düzəlişlər edilməsi üçün təkliflər verir;
• Əməliyyat risklərinin təhlili, icrası və hesabatlığının aparılması;
• Müxtəlif ssenarilər üzrə BOKT-un risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
• BOKT-un məhsul, xidmətlərinin və proseslərinin risk yönümlü təhlili;
• Risklərin idarə olunması üzrə (limit, səlahiyyət təyini və risk indikatorların yaradılması) təkliflərin verilməsi;
• Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması;
• Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.

Namizədə tələblər

• Risklərin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
• Təqdimat və ünsiyyət bacarığı;
• Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti.



E-mail: office@idealkredit.az / info@finstaff.az