Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Baş mühasib

2500 - 4000 AZN
Qarabağ Taxıl MMC

Baxışların sayı: 448

Elan #15334

Şəhər
Bakı
Yaş
30 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
11.04.2025
Bitmə tarixi
08.05.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Baş Mühasib

İş barədə məlumat

• Şirkətin uğurlu inkişafı üçün maliyyə siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq;
• Şirkətin maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması
• Şirkətin maliyyə aktivlərini idarə etmək, illik büdcəni planlaşdırılmaq və xərclərə nəzarət etmək;
• Şirkətdə maliyyə durumunu təhlil etmək, proqnozlar vermək və bu prosesə uyğun şirkətin maliyyə strategiyasını qurmaq və maliyyə fəaliyyətini idarə etmək;
• Şirkətin strategiyasına uyğun pul hərəkətləri və maliyyə-mühasibatlıq üzrə aparılan proseslərə nəzarət etmək;
• Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları və departament daxilində aparılan hər növ əməliyyat və sənədləşmə işlərinə nəzarət etmək;
• Audit, mühasibatlıq və maliyyə-mühasibatlıq sahəsində aparılan digər hesabatları analiz etmək;
• Şirkətin maliyyə vəziyyəti barədə daima məlumatlı olmaq və problemlərin qarşısını almaq üçün fəaliyyət göstərmək;
• Maliyyə resurslarından qənaətli istifadə olunmasına nəzarət etmək və maliyyə ilə bağlı riskləri idarə etmək;
• Maliyyə və kassa intizamına ciddi riayət edilməsinə nəzarət yetirmək, mövcud olan riskləri araşdırıb aradan qaldırmaq;
• Əməliyyat risklərinin dəyərləndirilməsi, şirkət xərclərinin optimallaşdırılması, pul vəsaitləri və mal-material qiymətlilərinə nəzarət və uçotundakı çatışmazlıqların aşkarlanması istiqamətdə əsaslı tədbirlər həyata keçirmək;
• Daxil olmuş pul vəsaitlərinin, əmtəə-maya dəyərlərinin, əsas və dövriyyə vəsaitlərinin uçotunu təmin etmək, mühasibat uçotu hesabatında onların hərəkətini vaxtlı-vaxtında qeyd etmək
• Dövlət, regional və yerli büdcələrə vaxtlı-vaxtında ödəmələri, sosial sığorta ödəmələri, kapital qoyuluşunun maliyyələşdirilməsinə qoyulmuş vəsaiti hesablamaq və köçürmək.
• Nəzarət-təftiş və vergi xidmətlərinin tələblərinə əsasən, vacib mühasibat sənədlərini və registrləri təqdim etmək, onların iş prosesində meydana çıxmış suallarına müvafiq arayış və izahatlar vermək.
• Məhsulun və xidmətlərin maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək,müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasında iştirak etmək.
• Məhsulun istehlakçıları ilə və müəssisə xidmətlərinə görə haqq-hesab aparmaq, realizə edilmiş məhsula görə daxil olmuş pul vəsaitləri üzərində nəzarəti həyata keçirmək.
• Çatışmamazlıqların, debitor borcların və s. itkillərin mühasibat balansından silinməsinin qanuniliyinə nəzarət etmək.

Namizədə tələblər

• Maliyyə, Mühasibatlıq və ya müvafiq sahədə bakalavr dərəcəsi (Magistr/MBA-ya üstünlük verilir);
• Maliyyə əsasları (BMHS və s.) və vergi qanunvericiliyi üzrə biliklər;
• Peşəkar mühasibat ixtisası üzrə sertifikatların (PMS, ACCA, CIMA və s.) olması arzu olunandır;
• Maliyyə sahəsində minimum 5 il və rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
• Kənd təssərüfatı sahəsinin dinamikası, tendensiyaları və çətinlikləri haqqında anlayışlar;
• Strateji maliyyə planlaşdırması, büdcə və proqnozlaşdırma sahəsində təcrübə;
• 1C Maliyyə proqramları və ERP sistemləri üzrə əsaslı biliklər;
• Analitik təhlil,strateji düşünmə,statistik və riyazi biliklər;
• 30-50 yaş həddi;
• Stresədavamlı, tələbkar, məsuliyyətli;
• Müstəqil qərar vermə, idarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı.