İş barədə məlumat
• Dövlət Fondlarının (SİF, ARİKZF, AKİA) vəsaiti hesabına maliyyələşdirilən, zəmanət və faiz subsidiyası ilə kredit sifarişlərinə, eləcə də Bankın daxili məhsulları üzrə (kənd təsərrüfatı yönümlü) kredit müraciətlərinə baxmaq, aparılmış maliyyə-iqtisadi təhlilinin tamlığını və tələb olunan sənədlərin mövcudluğunu yoxlamaq;
• Müştərilərə və Bankın əməkdaşlarına Dövlət Fondlarının (SİF, ARİKZF, AKİA) vəsaiti hesabına, eləcə də müvafiq Dövlət Fondlarının zəmanəti və faiz subsidiyası ilə kreditləşməyə aid məsləhətlər vermək, zərurət yarandıqda müştərilərlə və Bankın əməkdaşları ilə görüşlər keçirmək;
• Dövlət Fondları (SİF, ARİKZF, AKİA) tərəfindən Bankın və (və ya) Bankın müştərilərinin maliyyələşdirilməsi ilə bağlı danışıqlarda zərurət olduqda iştirak etmək;
• Şöbənin fəaliyyəti ilə əlaqədar idarə rəisi / müavin(lər)nin verdiyi, həmçinin iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək.