Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Razılaşma
PASHA Life

Baxışların sayı: 143

Elan #15308

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
09.04.2025
Bitmə tarixi
09.05.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Maliyyəçi

İş barədə məlumat

• Sığorta portfeli üzrə sığorta risklərinin müəyyənləşdirilməsində və bu risklərin statistik/ekspert modellərindən və ya alətlərindən istifadə edərək qiymətləndirilməsini həyata keçirmək;
• Şirkətin Solvency II standartları üzrə ödəməqabiliyyətliliyinin qiymətləndirilməsində iştirak etmək və requlyativ kapital tələblərinə riayət edilməsinə nəzarət etmək;
• Makroiqtisadi və idiosinkratik ssenarilər üzrə stress-testlərin həyata keçirilməsində və tədbirlər planının formalaşdırılmasında iştirak etmək;
• Sığorta riskləri üzrə əsas risk göstəricilərini formalaşdırmaq, tətbiqini və hesabatlığını təmin etmək, aylıq sığorta riski hesabatını hazırlamaq;
• Risk sağlamlıq indeksində sığorta riski üzrə kəmiyyət göstəricilərini rüblük əsasda hesablamaq;
• Risklərin idarəedilməsi üzrə daxili normativ sənədləri hazırlamaq və onların yenilənməsini təmin etmək;
• Ölüm və əlillik riski üzrə proqnozlaşdırılan ehtimalların reallaşma göstəricilərini izləmək, qiymətqoyma prosesinə nəzarət etmək və gözlənilən sığorta ödənişlərinin reallaşma göstəriciləri əsasında vintaj analizi aparmaq;
• Xitam üzrə analiz aparmaq, müqavilələrin davamlılıq əmsalını hesablamaq;
• Risk məhsulları üzrə zərərlilik dərəcəsini hesablamaq və bu məhsullarla bağlı təkliflər vermək;
• Şirkətdaxili risk mədəniyyətinin artırılması məqsədilə sığorta riski üzrə maarifləndirmə sessiyalarının həyata keçirilməsində iştirak etmək;
• Qlobal və yerli bazarda sığorta riskləri üzrə trendləri izləmək və yeni risk faktorlarının şirkətə təsirini təhlil etmək;
• Sığorta riski üzrə monitorinqlərin həyata keçirilməsini təmin etmək.

Biz nə təklif edirik:

Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketi
Korporativ Həyat Sığortası: Ağır xəstəlikdən sığortalan
Peşəkar inkişaf və təlim imkanları
Dinamik və innovativ iş mühiti.
Parkinq imkanı

Namizədə tələblər

• İş təcrübəsi: Risklərin idarə edilməsi, aktuariat üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur;
• Təhsili/ixtisası: Riyaziyyat, Maliyyə, İqtisadiyyat ixtisas üzrə bakalavr dərəcəsi;
• Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı
• Üstünlüklər: MSSQL, Python, SOA, CAS imtahanları və FRM sertifikatın olunması

E-mail: office@pasha-life.az / info@finstaff.az