İş barədə məlumat
• Bankdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, müvafiq kommunikasiyanın aparılması;
• Bankın məhsul, xidmətlərinin eləcə də bankdaxili prosedur və qaydaların, biznes proseslərin ölkədaxili qayda və beynəlxalq standartlara uyğunluğu ilə bağlı rəy verilməsi və komplayens riskinin ölçülüb-bildirilməsi;
• Bankın müştəri uyğunluğu prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirilməsinin həyata keçirilməsinə nəzarət etmək;
• Daxil olmuş komplayens tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət;
• Bankın əməkdaşlarına müvafiq təlimlər keçmək və bu sahədən olan məsələlər ilə əlaqəli məsləhət vermək;
• ƏL/TMM sahəsi üzrə və FATCA-nı Bankda tətbiq etmək məqsədilə bankdaxili qaydaların və prosedurların hazırlanmasını və bu sahədə Bankın strukturlarının müvafiq əməkdaşlarının təlimini təşkil etmək
• Bankın strukturlarından daxil olmuş sorğular üzrə requlyativ tələblərin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması.