Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib-auditor

2000 - 2500 AZN
Diler İnşaat MMC

Baxışların sayı: 378

Elan #15297

Şəhər
Bakı
Yaş
35 - 45 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
08.04.2025
Bitmə tarixi
06.05.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

• Maliyyə hesabatlarının auditini həyata keçirmək;
• Şirkətin daxili mühasibatlıq prosedurlarını yoxlamaq və mühasibat sənədlərinin düzgünlüyünü və tamlığını yoxlamaq;
• Müəssisədə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək;
• Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı)idarə edilməsi;
• Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
• Vergi bəyannamələrinin yoxlanılması və uyğunluq təmin edilməsi;
• Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
• ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi;
• Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
• Audit hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək.

İş şəraiti:

İş yeri: Bakı şəhəri, Keşlə qəsəbəsi
Əmək haqqı: 2000 - 2500 AZN

Namizədə tələblər

• Ali təhsil (Mühasibatlıq, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahələr üzrə).
• Mühasibatlıq və audit sahəsində ən azı 3 il təcrübə.
• Vergi qanunvericiliyi və mühasibat standartları haqqında yaxşı bilik.
• Microsoft Office proqramlarında (xüsusən Excel) yüksək səviyyədə bilik.
• PMS sertifikatı vacibdir;
• Audit metodologiyaları və prosedurları üzrə bilik.
• Güclü analitik düşünmə qabiliyyəti və detallara diqqət.
• 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;.
• İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
• Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
• Yaş : 35 – 45

E-mail: kainatqurbanova@dilerinshaat.az/info@finstaff.az