Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Kredit Mütəxəssisi

Baxışların sayı: 82

Elan #15295

Şəhər
Bakı
Yaş
21 - 30 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
08.04.2025
Bitmə tarixi
06.05.2025
Əlaqədar şəxs
HR
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

• Müvafiq təlimata əsasən Müəssisənin filialına yaxınlaşan müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək;
• Müəssisənin məhsulları və xidmətləri haqqında tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi, müştəriyə yüksək səviyyəli xidmət göstərmək, onun kreditoru seçməkdə səhv etmədiyinə əmin olmasını təmin etmək;
• Müştərilərə kredit üçün müraciət anketinin səhvsiz və dolğun doldurulmasına köməklik etmək.
• Müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək;
• Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll edilməsi;
• Müştərilərin şəxsi kabinet əməliyyatları üzrə və kart hesabların (IBAN) informasiyası və konsultasiyası ilə təmin etmək;
• Müştərilər tərəfindən gələn sualları, tələbləri və şikayətləri Onlayn Çat Xidməti (ERP Whalp.az) ilə sürətli və effektiv şəkildə cavablandırmaq.
Şərtlər:

İş vaxtı: Növbəli iş rejimi (gündüz vaxtları);
Əmək haqqı: 600 AZN (net) + 600 AZN (KPI);
İş yeri: Rövşən Cəfərov küç. (Ərazi olaraq 20 Yanvar, Əcəmi m/s və 3 kruqu)
Biz təklif edirik:

Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
Müasir idarəetmə sistemi və mehriban kollektiv;
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Tibbi sığorta təminatının verilməsi (işə başladığdan 3 ay sonra);
Team building tədbirlərinin keçirilməsi;

Namizədə tələblər

• Təhsil: Ali və ya peşə məktəbi/orta ixtisas təhsili;
• Dil bilikləri: Səlis Azərbaycan, rus dili (arzuolunandır);
• Təcrübə: Kreditin verilməsində ən azı 6 (altı) ay iş təcrübəsi;
• Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
• Şəxsi keyfiyyətlər: Fikrini aydın ifadə etmə bacarığı, səlist və aydın intonasiya danışıq qabiliyyəti; Kompyuterdə çevik işləmə qabiliyyəti;


E-mail: Krists.krumins@sunfinance.group / info@finstaff.az