Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Kreditlərin anderraytinqi və monitorinqi şöbəsinin rəisi/ Baş mütəxəssisi

Razılaşma
Premium Bank

Baxışların sayı: 29

Elan #15202

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
13.03.2025
Bitmə tarixi
11.04.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

Şöbənin bütün fəaliyyətinə rəhbərlik və nəzarətin həyata keçirilməsi, eləcə də şöbəyə həvalə olunmuş tapşırıq və vəzifələrin lazımınca yerinə yetirilməsinin təmin edilməsi;
Kredit (istehlak, biznes), qarantiya və digər sənədli əməliyyatlar üzrə kreditləşmə sənədlərinin, şərtlərə uyğunluğunun yoxlanılması;
Borcalanların ödəmə qabiliyyətinin (maliyyə vəziyyətinin) qiymətləndirilməsi, kredit tarixçəsinin təhlil edilməsi;
Borcalanın, kontragentin və emitentin maliyyə göstəriciləri, borc yükü və likvidliyinin təhlili;
Borcalanın öhdəlik üzrə əsas məbləğ və faiz borcları ilə bağlı ödəmə davranışının izlənilməsi;
Mövcud olduqda borcalanın kredit reytinqi, habelə qiymətli kağızlarının bazar qiymətinin izlənilməsi;
Kredit tələbinin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması;
Bankın qeyri-işlək kreditlərinin idarə edilməsinin səmərəliliyinin monitorinqi;
Restrukturizasiya tədbirlərinin monitorinq vasitəsilə qiymətləndirilməsi;
Tәnzimlәyici orqanların normativ aktlarının vә Bankın, kreditlərin verilməsi ilə bağlı daxili sәnәdlәrinin tәlәblәrinә uyğunluğunun yoxlanılması;
Aktivlərin təsnifləşdirilməsinin qiymətləndirilməsi;
Müxtəlif biznes sahələrindən və bazardakı vəziyyətdən xəbərdar olma və hər hansı mənfi təsir göstərə biləcək amillər barədə rəhbərliyə məlumat vermək;
Sahə üzrə limitlər üzrə monitorinqlərin aparılması, hesabat sisteminin yaradılması;
Aparılmış monitorinq üzrə aktların tərtib olunması;
Müvafiq dövrdə yuxarıda qeyd olunan sahələrdə iş prosesi zamanı yerində monitorinqlərin aparılması.

İş şəraiti:

İş saatı 09:00-dan 18:00-dək
İstirahət günləri: şənbə və bazar günləri

Namizədə tələblər

İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsili olmalıdır;
Ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır;
Azərbaycan dili biliyi əla, Rus və ya İngilis dili biliyi arzuolunandır.

E-mail:hr@premiumbank.az / info@finstaff.az

X