İş barədə məlumat
• Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
• Məhkəmə qərarı olan işlərlə əlaqədar icra və probasiya şöbəsində müvafiq icra tədbirlərinin həyata keçirilməsinin təşkil edilməsi;
• Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
• Kredit vermə prosesi üzrə sənədləşməyə dair təkliflərin verilməsi;
• Kredit itkilərinin minimallaşdırılması məqsədilə kredit audit proqramının sistematik olaraq yerlərdə icrasını təmin etmək;
• Filiallara və baş idarəyə kredit risklərinin idarəedilməsi ilə əlaqədar təklif və tövsiyyələrin verilməsi;
• Filiallardan problemli kreditlərə dair hesabatların alınmasını təmin etmək;
• Filiallara ezam olunaraq məhsullar və sektorlar üzrə risklərin təhlilini department rəhbərinə təqdim etmək;
• Filiallar, məhsullar və məbləğlər üzrə limitlərin müəyyən edilməsi üzrə təklif vermək, eyni zamanda limitlərə riayət olunmasına nəzarət etmək.
İş şəraiti:
İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Əmək haqqı 700-800 azn + aylıq bonus.