İş barədə məlumat
• Layihələrin maliyyələşdirilməsi məqsədilə biznes kreditlərinin əldə edilməsi üçün Banka daxil olan müraciətlərə baxmaq, aparılmış maliyyə-iqtisadi təhlilin tamlığını yoxlamaq, kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə bankdaxili qaydalara uyğun olaraq müvafiq səlahiyyətli kredit komitəsinin iclasının müzakirəsinə çıxarmaq üçün rəy hazırlamaq;
• Layihə maliyyələşdirilməsi kreditləşməsinin bütün mərhələlərində prosesinin gedişatını izləmək, layihənin gedişatını nəzarətdə saxlamaq və zərurət olduqda müştərilərlə görüşlər keçirmək;
• Bank tərəfindən maliyyələşdirilən layihələr ilə əlaqəli olan aktivin, o cümlədən həmin aktivin yaratdığı gəlirlər, həminçinin, layihələr üzrə kredit öhdəliklərinin icrası üçün yetərli pul axınları üzərində mütəmadi olaraq nəzarəti həyata keçirmək;
• Layihənin inkişaf mərhələlərinin, proqnozlaşdırılan bütün xərclərinin, habelə əməliyyat fazasının əhatə olunduğu biznes plana uyğun olaraq layihənin icrasını nəzarətdə saxlamaq;
• Layihənin icrası üçün layihəçi, podratçı və layihənin icrasında iştirak edən digər şəxslərlə müqavilələrin (niyyət protokolunun və ya digər razılaşma sənədinin), layihə üzrə zəruri olan bütün icazə və digər hüquqmüəyyənedici sənədlərin tamlığını yoxlamaq və layihə maliyyələşdirilməsi kreditləri üzrə vəsaitlərin yalnız tələb olunan icazə və digər hüquqmüəyyənedici sənədlər Banka təqdim edildikdən sonra verilməsinə nəzarət etmək;
• Layihə maliyyələşdirilməsi kreditlərinin Bankın əməliyyat sistemində düzgün təsnifləşdirilməsinə nəzarət etmək;
• Layihə maliyyələşdirilməsi kreditlərinin Mərkəzi Bankın müvafiq kreditlərin prudensial tənzimlənməsi qaydalarına uyğun rəsmiləşdirilməsinə nəzarət etmək;
• Şöbənin fəaliyyəti ilə əlaqədar İdarə rəisi/müavin(lər)nin verdiyi, həmçinin, iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək.