İş barədə məlumat
• Gündəlik xərclərin 1C proqramına uyğun xərc maddələri üzrə daxil etməlidir;
• Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-materialların mədaxili və məxaricini şirkətin daxili prosedurlarına uyğun olaraq sənədləşdirməli və 1C proqramında əks etdirməlidir;
• Aparılmış inventarizasiya nəticələrini sənədləşdirməli və 1C proqramına daxil etməlidir;
• Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasını təmin etməli, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmələrin 1C Mühasibat proqramında əks etdirilməsini təmin etməlidir;
• 1 C Mühasibat proqramında əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasına nəzarət etməli, hesabat ili bitəndə isə həmin məlumatların analitik və köməkçi (Excel) cədvəlində olan illik rəqəmlərə uyğunluğuna nəzarət etməlidir;
• Şirkətin mövcüd olan qaydalara əsasən gün bitdikdən sonra maddi-məsul şəxslərdən əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların və azqiymətli və tezköhnələn əşyaların hərəkəti (mədaxili, satışı, silinməsi, yerdəyişməsi və s.) barədə hesabatları tələb etməli və onlar əsasında 1C Mühasibat proqramında müvafiq müxabirləşmələri daxil etməlidir;
• Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-materialların və pul vəsaitlərin inventarizasiyası prosesində fəal iştirak etməlidir;
• 1C mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrü bağlamalıdır;
• Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Vahid muzdlu, Əmlak, Ödəmə mənbəyindən tutulan vergi və sair vergi üzrə hesabatları) hazırlanmasını və aidiyyatı qurumlara göndərilməsini təmin etməlidir;
• Hesabat dövrləri üzrə statistik hesabatlarının təqdim etməlidir.
Digər məlumatlar:
6 günlük iş həftəsi,
Nahar şirkət tərəfindən təmin edilir
Korporativ nömrə ilə təminat
Əmək haqqı 2000 AZN