İş barədə məlumat
Kredit İdarəsinə daxil olmuş korporativ kreditlər üzrə müraciətlərə baxmaq və təhlil etmək;
Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi;
Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;
Bankın filiallarının Kredit şöbəsinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi;
Zərurət yarandıqda kredit sifarişini edən müştərilərlə görüşlər keçirmək;
Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə etməklə müxtəlif ssenarilərin təhlili və simulyasiyanın edilməsi.