Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Risk mütəxəssisi

Razılaşma

FINCA Azerbaijan

Baxışların sayı: 93

Elan #14875

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
24.01.2025
Bitmə tarixi
22.02.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Risk Qiymətləndirmə və Özünə Nəzarət (RCSA) prosesinin koordinasiyası və digər struktur bölmələrə metodiki dəstəyin göstərilməsi;
• Hadisələrin idarə edilməsi prosesinin əlaqələndirilməsi;
• Üçüncü tərəf risk qiymətləndirmə prosesində iştirak (TPRA);
• Şirkət tərəfindən təklif olunan məhsul/xidmətlər və planlaşdırılan layihələr üzrə risk qiymətləndirməsinin aparılması;
• Siyasət/prosedur dəyişikliklərini təhlil etmək və onlara rəy vermək;
• Riyazi və statistik metodlardan istifadə edərək maliyyə risklərinin qiymətləndirilməsi;
• Biznesə təsir təhlili (BIA) prosesinin əlaqələndirilməsi və digər struktur bölmələrə metodiki dəstəyin göstərilməsi;
• Kredit vermə və borcların yığılması üzrə düzgün təcrübəni təmin etmək və kredit itkilərini minimuma endirmək üçün kredit riski strategiyalarının, siyasət və prosedurlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
• Trendləri, nümunələri və potensial kredit risklərini müəyyən etmək üçün müştəri, biznes və portfel məlumatlarının təhlili;
• Dəqiqliyi, effektivliyi və normativ tələblərə və sənayenin qabaqcıl təcrübələrinə uyğunluğu təmin etmək üçün kredit riski modellərinin və metodologiyalarının qiymətləndirilməsi;
• Kredit riskinə məruz qalma, portfelin keyfiyyəti və strukturunun monitorinqi və müəyyən edilmiş riskləri aradan qaldırmaq üçün risklərin azaldılması strategiyalarının hazırlanması;
• Kredit risklərinin idarə edilməsi təşəbbüslərini həyata keçirmək və kredit riski həllərini optimallaşdırmaq üçün satış, anderraytinq və inkassasiya qrupları da daxil olmaqla, daxili maraqlı tərəflərlə əməkdaşlıq;
• Məhsul şərtləri, kredit siyasəti, anderraytinq meyarları və qiymətli kağızlar portfelinin idarə edilməsi strategiyaları üzrə tövsiyələr daxil olmaqla, yüksək rəhbərliyə tövsiyələr vermək;
• Risk nəzarətini gücləndirmək və səmərəliliyi artırmaq üçün maliyyə risklərinin idarə edilməsi və analitik vasitələrinin, o cümlədən vintage (qiymətli kağızlar), "roll rate" təhlili (yenidən maliyyələşdirmə dərəcəsi) və s. hazırlanmasında və tətbiqində iştirak;
• Riyazi və statistik metodlardan istifadə edərək maliyyə və qeyri-maliyyə risklərinin qiymətləndirilməsi;
• Stress test sisteminin hazırlanmasında və stress testlərinin keçirilməsində iştirak;
• Maliyyə risklərinin əsas göstəricilərinin və ölkə riskləri barədə erkən xəbərdarlıq göstəricilərinin hesablanması və onlar barədə hesabatların verilməsi.

Namizədə tələblər

Tələb olunan bacarıqlar:
• Güclü şəxsiyyətlərarası ünsiyyət və təqdimat bacarığı.
• Çarpaz funksional komandalar və maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı.
• Detallara diqqət yetirmək və müstəqil işləməyi bacarmaq.
• Güclü analitik və problem həll etmə bacarığı.
Peşəkar tələblər:
• Biznes prosesləri, risklərin idarə edilməsi metodologiyası və normativ tələbləri haqqında güclü anlayış.
• Risklərin idarə edilməsinin əsasları, maliyyə hesabatları və maliyyə riskləri anlayışları haqqında dərin bilik.
• CERM (Korporativ Ekoloji Risklərin İdarə Edilməsi), FRM (Maliyyə riskləri üzrə menecer), ERM (Müəssisə risklərinin idarə edilməsi) və ya digər risk idarəetmə sertifikatlarına üstünlük verilir.
Təhsil və təcrübə:
• İqtisadiyyat, biznes, maliyyə, menecment və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsinə üstünlük verilir).
• Risklərin idarə edilməsi və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi (kredit təşkilatlarında təcrübəyə üstünlük verilir).
Dil bilikləri;
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti
• İngilis dilini yaxşı səviyyədə bilmək
Kompüter bilikləri;
• MS Excel proqramında işləmə bacarığı (digər analitik və məlumatların vizuallaşdırılması alətləri üzrə biliklərə üstünlük verilir)
• Digər MS Office proqramlarını yaxşı bilmək.

E-mail: recruitment@fincaazerbaijan.com / info@finstaff.az