İş barədə məlumat
• Bank və kassa əməliyyatları;
• Yerli və xarici valyutada ödənişlərin edilməsi, həmçinin digər bank əməliyyatlarının həyata keçirilməsi;
• ƏDV depozit hesab üzrə əməliyyatların aparılması;
• E-qaimələrin, təhvil təslim aktlarının və hesab fakturaların hazırlanması;
• Debitor və kreditor borcların uçotunun aparılması;
• Statistika hesabatlarının təqdim edilməsi;
• Vahid bəyannamənin tərtibi və təqdim edilməsi;
• Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsini təmin etmək ;
• Əməliyyatların 1C proqramında işlənməsi;
• e-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı;
• Rəhbərlik tərəfindən verilən digər işlərin həyata keçirilməsi.
İş şəraiti:
İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
Nahar şirkət tərəfindən verilir
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır
Ə/H: 1000-1200 AZN