• 1C 8.3 ERP proqramında bütün növ əməliyyatların aparılması və mühasibat yazılışlarının verilməsi.
• Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi.
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi,ezamiyyə və avans hesabatlarının hesablanması.
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
• Vergi və mühasibat uçotun aparılması.
• Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların icra edilməsi.
• Qaimə və hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi.
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək.
• Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar
• Maliyyə məlumatlarının təhlili və maliyyə hesabatlarının hazırlanması
• Mühasibat uçotu məlumatlarının düzgün dövriyyəsini təmin etmək və problemləri mütəmadi olaraq həll etmək
• Müəyyən edilmiş son tarixə qədər hər ay üçün ay bağlanmasını və idarəetmə hesablarının (P&L, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Balans hesabatı) hazırlanmasını təmin etmək.
• İnventarizasiya prosesində iştirak etmək və mal qalıqlarında yaranmış uyğunsuzluqların araşdırılması.
İş şəraiti:
6 günlük iş qrafiki
Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə.
İş yeri Qala qəsəbəsində yerləşir
Namizədə tələblər
• Təhsil – Ali iqtisadi təhsilli (Maliyyə, Mühasibat uçotu və audit) arzuolunandır;
• Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus ve ingilis dili bilənlərə üstünlük veriləcəkdir);
• Baş mühasib vəzifəsində minimum 2 ilədək iş ştajı olması arzuolunandır;
• 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı;
• Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi;
• 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
• Vergi, əmək qanunvericiliyi üzrə biliklər;
• Rəhbərliyin verdiyi digər tapşırıqların icrasını təmin etməli.
Maraqlanan namizədlər mövzu yerində Baş Mühasib yazmaqla öz CV-lərini hr@azerbaijan-flowers.com / info@finstaff.az ünvanına göndərə bilərlər.