İş barədə məlumat
• Bank hesablarına daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, əməliyyatların uçotunu həyata keçirir;
• Gündəlik ƏDV depozit hesabına daxil olan pul vəsaitlərinin mühasibat uçotu hesablarında onların hərəkətini, hesabat və kredit əməliyyatlarının uçotunu həyata keçirir;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasını həyata keçirir;
• Şirkətin bank hesablarından köçürülən xarici və yerli ödəmələrin həyata keçirilməsi, ödəniş sənədlərinin mövcudluğunu və gündəlik bank qalığının yoxlanılmasını həyata keçirir;
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasını həyata keçirir;
• Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını həyata keçirməlidir;
• Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni həyata keçirməlidir;
• Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir;
• Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır;
• Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir. Ciddi hesabat blankları hesabat qaiməsi üzrə baş mühasibin və həmin hesabat verməli olan şəxsin imzaları ilə verilir;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasını həyata keçirir;
• Şirkətə gələn mal alış deklarasiyalarının, məzənnə fərqlərinin yoxlanılıb kompüter proqramına daxil olunmasını həyata keçirir;
• «AzTrade» MMC-nin Mühasibatlıq şöbəsi mühasibinin qarşısında duran əsas vəzifələr terminal rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasını həyata keçirir;
• DSMF orqanına aylıq, rüblük və illik hesabatların təqdim edilməsinin həyata keçirir;
• İstehsal olunan malların uçotunu aparır, bütün əməliyyatların proqramda tanınmasını həyata keçirir
• Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirir
İş saatı həftənin 5 günü 09:00 – 18:00
İş yeri Koroğlu metrosu tərəfində yerləşir