İş barədə məlumat
Təsvir
LANDAU School üçün Mühasib (İşçi heyəti ilə hesablaşmalar üzrə) axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:
• Əmək anunvericiliyinin tələblərinə uyğun olaraq təqdim olunmuş davamiyyət cədvəli əsasında işçilərin əmək haqqlarının hesablanması və ödənilməsinin təmin edilməsi;
• Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
• DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edilməsi;
• Həyat yığım sığortası üzrə sənədləşmənin və qeydiyyatın aparılması;
• İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək göstərilməsi;
• Əmək haqqına dair bütün əməliyyatların 1C proqramında işlənməsi;
• Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması;
• Əmək haqqına dair daxil olan sorğuların cavablandırılması;
• Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis xidməti mövcuddur);
Könüllü tibbi sığorta;
Uşaqlara məktəb endirimləri;
Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
Peşəkar inkişaf imkanı.
Vakansiya haqqında
Son tarix fevral 19, 2025
Vakansiya növü Tam ştat