İş barədə məlumat
LANDAU School üçün Mühasib (Satış əməliyyatlarının uçotu üzrə) axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:
Gündəlik olaraq debitor ödənişlərinin 1C proqramında və excel fayllarında qeydiyyatı;
Aylıq olaraq debitor borclarının hesablanması və proqramda qeydiyyatı;
İnternet bankinq vasitəsilə köçürmə əməliyyatlarının icrası;
Gündəlik gələn sorğuların araşdırılıb cavablandırılması;
Ehtiyaclara uyğun avtomatlaşdırılmış excel cədvəllərinin qurulması;
Hesab-fakturaların, hesabdan çıxarışların hazırlanması;
Gündəlik olaraq hesab qalıqlarına nəzarət və doğruluğunun təmin edilməsi;
Problemləri aşkarlamaq, onların həlli üçün təkliflərin verilməsi;
Bütün baş verən əməliyyatların 1C Mühasibatlıq proqramında qeydiyyatı.
Biz nə təklif edirik
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki: 09:00-18:00 (həftədə 5 dəfə);
Könüllü tibbi sığorta;
Push30 proqramından 75% endirim;
İş yeri: Bayıl.
Vakansiya haqqında
Son tarix fevral 19, 2025
Vakansiya növü Tam ştat