1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 20-yə yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna daxil olan FBCO şirkətinə hal hazırda Xəzinədar tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu məhsulların satışını və kassa əməliyyatı həyata keçirməkdir.
Vəzifə öhdəlikləri:
Məhsulların satışının həyata keçirir və kassa əməliyyatlarını icra edir.
Brendin standartlarına uyğun olaraq müştərilərə xidmət göstərir.
Məhsulları tələb olunan miqdarda və çeşidlərdə sifariş edir.
Məhsulların silinmələr kitabında qeydiyyatını aparır.
Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak edir.
Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin edir.
Gün ərzində yekun hesabat aparır, inkassasiya aparır və POS-terminal qəbzlərini İtkinlərin qarşısının alınması şöbəsinə təhvil verir.
Namizədə tələblər
Təhsil:
Ali təhsil arzuolunandır
Təcrübə:
Müvafiq sahədə 1 il təcrübə arzuolunandır
Professional biliklər:
MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
Ünsiyyət bacarıqları
Komandada işləmə
Satış bacarıqları
Məsuliyyət