• Risklərin idarəedilməsi ilə əlaqədar daxili təlimat və qaydalarda, habelə qüvvədə olan qanunvericiliyin tələbləri pozulursa və ya onlar cəmiyyətin zərərinədirsə, belə halların qarşısının alınması üçün cəmiyyətin direktoru qarşısında məsələ qaldırır.
• Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək.
• Risklərin idarəedilməsi sahəsinə aid məsələlərə dair danışıqlarda və görüşlərdə iştirak etmək.
• Risklərin idarəedilməsi sahəsinə aid rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək
• Risklərin idarə edilməsi siyasətinə riayət edilməsinin monitorinqinin aparılması və kənarlaşmalar barədə hesabatın direktora təqdim edilməsi.
• Məhsul, xidmət və ya proses üzrə risklərin azaldılması tədbirlərindən sonra qalıq risklərin qiymətləndirilməsinin aparılması və bu barədə direktora hesabatın təqdim edilməsi.
• Risk məlumatlarının cəmiyyətin sistemlərindən, müvafiq strukturlarından toplanılmasının və hesabatlılığın verilməsinin koordinasiya edilməsi, habelə bu məlumatları təhlil edərək riskləri müəyyən etməklə cəmiyyətin risk profilinin yenilənməsi.
• Cəmiyyətdə baş vermiş risk hadisələrinin toplanılması, qeydiyyatının aparılması, onların faktiki və mümkün itkilər üzrə qiymətləndirilməsi və bu barədə müvafiq hesabatlılığın hazırlanması.
• Risklərin idarə edilməsi işində Cəmiyyətin aidiyyəti struktur bölmələrinə metodoloji yardımın göstərilməsi.
Namizədə tələblər
• Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, və terrorçuluğun maliyyləşdirilməsinə (ƏL/TMM) qarşı mübarizə tədbirləri sahəsində biliyə malik olmalı;
• ali təhsil;
• uyğun sahə üzrə 1 il iş təcrubəsi malik olmalı;
• diqqətlilik, ehtiyatlılıq və dəqiqlik qabiliyyəti;
• Ms Office proqramında işləyə bilmək qabiliyyəti.