İş barədə məlumat
investisiya şirkətinin audit komitəsi tərəfindən təsdiq edilmiş audit planına uyğun olaraq fəaliyyətinin və daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsini həyata keçirmək;
audit planına uyğun olaraq həyata keçirilmiş yoxlama üzrə tövsiyələr vermək;
verilən tövsiyələrin icrasına nəzarəti təmin etmək;
auditin nəticələrinə dair hesabatlar hazırlamaq;
daxili audit üzrə hesabatları müvafiq idarəetmə orqanlarına təqdim etmək;
Cəmiyyətin bütün fəaliyyət sahələri (kənar xidmətdən istifadə edilməklə icra edilən fəaliyyətlər daxil olmaqla) üzrə audit funksiyasını həyata keçirmək;
Daxili audit fəaliyyətini qanunvericiliyə, daxili audit xidmətinin əsasnaməsinə, Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara uyğun təşkil etmək;
daxili audit xidmətinin illik audit planının layihəsini hazırlamaq;
şirkətdaxili təşəbbüslər və layihələr, təkmilləşmələr, xidmətlər və əməliyyat dəyişiklikləri barədə məlumatları mütəmadi təhlil etmək;
daxili audit yoxlamasının nəticələrinə əsasən daxili audit hesabatı hazırlamaq.
audit hesabatı ilə bağlı icra orqanı tərəfindən görülən tədbirlərin nəticələrini izləmək və ildə azı 2 (iki) dəfə tövsiyələrin icra vəziyyəti barədə Audit Komitəsinə və Müşahidə Şurasına hesabat vermək;
Aşağıdakılar üzrə qiymətləndirmələr aparmaq:
daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin effektivliyi və səmərəliliyi;
risklərin idarəedilməsi funksiyası üzrə resursların (məsələn, əməkdaşlar, proqram təminatı və s.) keyfiyyəti və adekvatlığı;
daxili və xarici hesabatlılıq üzrə istifadə olunan məlumatların uyğunluğu, dəqiqliyi, tamlığı, əlçatanlığı, məxfiliyi və hərtərəfliliyi;
investisiya şirkətinin fəaliyyətinin qanunvericiliyə və investisiya şirkətinin daxili qaydalarına uyğunluğu;
aktivlərin qorunması və təhlükəsizliyi;
investisiya şirkətinin İT, kiber və informasiya təhlükəsizliyi sahələrinin effektivliyi və səmərəliliyi.