İş barədə məlumat
İllik audit planına uyğun olaraq davamlı audit yoxlamalarının həyata keçirilməsində iştirak etmək;
Bankın İT infrastruktur, siyasət, əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsidə iştirak etmək;
İnformasiya sistemlərində və əlaqəli sistemlərdə mövcud olan riskləri müəyyən etmək, həlli ilə bağlı müvafiq tövsiyələr vermək;
İnformasiya sistemlərində mütəmadi baş verən problemlərin əsas səbəbini aşkar etmək;
Mövcud nəzarət mexanizmlərini qiymətləndirmək və adekvat nəzarət mühitinin yaradılması ilə bağlı müvafiq tövsiyələr vermək;
Məqsədləri, görülmüş işi, nəticələri müvafiq qaydada sənədləşdirilən işçi sənədləri hazırlamaq və tələb olunan vaxtda yoxlanış üçün təqdim etmək;
Yoxlanılan sahədə tapılan bütün audit nöqsanlarını müvafiq rəhbərin nəzərinə çatdırmaq və nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr təklif etmək;
Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi;
Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi.