• Departamentin Əsasnaməsinə uyğun olaraq müəyyən edilmiş vəzifələrin icrasının həyata keçirilməsi;
• Departamentin Hesabatlıq sektorunun (bundan sonra – sektor) fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;
• Sektorun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasının təşkil edilməsi, yoxlanılması və buna nəzarətin həyata keçirilməsi;
• Maliyyələşdirmə və kredit əməliyyatları ilə bağlı uçotun təşkili;
• Sektorun fəaliyyət istiqaməti üzrə risklərin müəyyənləşdirilməsi və onların idarəolunması;
• Kredit risklərinin qiymətləndirilməsi ilə bağlı metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsi;
• Sahəsinə uyğun normativ sənədlərin hazırlanması;
• Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişlərin verilməsi, sektorun əməkdaşları arasında iş bölgüsünün aparılması;
• Fəaliyyət sahəsi üzrə hesabatlıq sisteminin təşkili, dövri təhlillərin aparılması;
• Risklərin ölçülməsi ilə bağlı gündəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması;
• Hesabatlıq komandasına rəhbərlik və effektiv kommunikasiyanın təmin edilməsi;
• Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak;
Digər:
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
• İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Namizədə tələblər
• Ali iqtisadi təhsil və ya Maliyyə təhsili;
• Maliyyə-kredit, hesabatlıq sahəsində azı 5 illik iş təcrübəsi;
• Müvafiq sahədə rəhbər vəzifəsində azı 3 illik iş təcrübəsi;
• Avtomatlaşdırılmış əməliyyat sistemlərində iş üzrə təcrübə;
• Metodoloji fəaliyyətlə (biznes prosedurların, qaydaların yazılması) bağlı iş təcrübəsi;
• Müvafiq sahədə risklərin idarə edilməsi ilə bağlı təcrübə;
• Müvafiq sahədə MHBS üzrə nəzəri biliklər və praktiki təcrübə;
• Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə rus dili arzuolunandır;
• İdarəetmə və komandada işləmə bacarığı;
• Yaş həddi 50 yaşadək;
• Yüksək korporativ ünsiyyət bacarığı.