Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib

2000 AZN

Caspident MMC

Baxışların sayı: 518

Elan #14725

Şəhər
Bakı
Yaş
30 - 55 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
27.12.2024
Bitmə tarixi
25.01.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

Caspident MMC 1995-ci ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir. Caspident Amerika, Avropa və Asiyanın tanınmış firmaları ilə sıx əməkdaşlıq edir. Bunlara Kohler (Almaniya), MİS(İsrael), Geistlich(İsveçrə), Dentsply(Amerika), SanisWiss(Isveçrə), Ortho Organizers(Amerika), FGM(Brazil), CSN İndustrie (İtalya), Detax(Almaniya), D/Z (Almaniya), Faro(İtalya), Sure Endo (Koreya), GC(Yaponiya) kimi firmalar daxildir. Bütün bu firmalarla əməkdaşlıq Caspidentə öz müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etməyə və xidmət göstərməyə imkan verir. Caspident həmçinin muasir stomatologiyanın ən son yeniliklərindən olan implantologiya ilə ixtisaslaşmış və Azərbaycan İmplantologiya cəmiyətinin inkişafı üçün yeni başlayan həkimlərə kurslar təşkil etməkdədir.

İş haqqında:
• Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
• Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət;
• Borcların ödənilməsinəmütəmadi nəzarət və hesabatların hazırlanması;
• Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu;
• Rəsmi hesabatların (vergi, DSMF, statistika) hazırlaması və vaxtında təqdim edilməsi;
• Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaların aparılması, ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili;
• Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası;
• Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq;
• Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatların təqdimi.
İş rejimi: Həftənin 5 günü; 09:00 – 18:00 , 6-cı gün 10:00-15:00 kimi
Əmək haqqı: 2000 azn

Namizədə tələblər

• Şəhər: Bakı
• Təhsil: Ali;
• İş təcrübəsi: 5 il ;
• Yaş: 30-55;
• Həm kişi, həm də qadın namizədlər müraciət edə bilər;
• Rus dilinin olması üstünlükdür;
• Peşəkar Mühasib Sertifikatı(PMS) olması mütləqdir - sertifikat olmayan cv lərə baxılmır.

E-MAIL:job@caspident.az/info@finstaff.az