Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Maliyyə Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis

Razılaşma

PASHA Insurance

Baxışların sayı: 63

Elan #14688

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
23.12.2024
Bitmə tarixi
20.01.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Maliyyəçi

İş barədə məlumat

Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək
Maliyyə risklərinin idarə edilməsi ilə bağlı siyasət sənədlərinin, prosedur və metodologiyaların hazırlanması və yenilənməsində iştirak etmək
Mütəmadi olaraq risklərin qiymətləndirilməsində və onun nəticəsində risk xəritəsinin hazırlamanmasında iştirak etmək
Şirkətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, onların tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək
Maliyyə riskləri limitlərinin hesablanmasına dair təkliflərin verilməsi
Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak etmək
Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək
Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi
Maliyyə riskləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək
Müvafiq daxili hesabatların hazırlanmasında iştirak etmək
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Namizədə tələblər

Biliklər:

İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə ali təhsil;
Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.
Təcrübə:

Ümumilikdə əlaqəli sahədə 2 il iş təcrübəsi; Risklərin idarə olunması, audit üzrə minimum 1 il təcrübə (sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).
Bacarıqlar:

Təqdimat bacarıqları;
Komandada işləmək bacarığı;
Yaxşı ünsiyyət bacarığı;
Məntiqi və analitik düşüncə;
Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
Stresə davamlılıq;
Təşəbbüskarlıq;
Məqsədyönlülük;
Emosional stabillik və məsuliyyətli olmaq.


E-mail:recruitment@pasha-insurance.az / info@finstaff.az