İş barədə məlumat
Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsinə nəzarət etməli;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin edir;
Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada təqdim edilməsi üçün yazışmaların aparılmasını təmin edir;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir.
Şirkətin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsi;
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsinin, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünün və səlisliyinin təmin edilməsi;
Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarının və açıqlamalarının düzgün və zamanında formalaşdırılması və təmin edilməsi;
Əlavə məlumat:
Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
İşçi illik check up paketi ilə təmin olunur.
İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.