Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əməliyyatlara nəzarət üzrə mütəxəssis (Mingəçevir, Salyan)

Razılaşma

OBA marketlər şəbəkəsi

Baxışların sayı: 33

Elan #13151

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
10.07.2024
Bitmə tarixi
08.08.2024
Əlaqədar şəxs
HR
Telefon
E-mail
Cv@oba.az
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Digər

İş barədə məlumat

- İş fəaliyyətini AR Qanunvericiliyinə, Cəmiyyətin daxili siyasətinə, qaydalarına, təlimatlarına və prosedurlarına, əmr və sərəncamlarına, digər korporativ hüquqi aktlarına əsasən təşkil etmək;
- Vəzifə funksiyalarının icrası ilə əlaqədar yoxlama apardığı struktur bölmələrdən zəruri məlumatları özündə əks etdirən sənədləri, arayışları, hesabatları tələb etmək;
- Xidməti zərurətlə əlaqədar maneəsiz olaraq yoxlanılan struktur bölmələrin yerləşdiyi inzibati binalara, iş yerlərinə daxil olmaq;
- Cəmiyyətin istifadəsində olan nəzarət kameralarına maneəsiz baxış keçirmək, zəruri görüntüləri əldə etmək və nəzarət tədbirlərinin görülməsi üçün digər alternativ tədbirlər həyata keçirmək;
- Yoxlama apardığı struktur bölmələrdə nağd pul vəsaitlərinin, mövcud mal-materialların planlı şəkildə və ya təcili inventarizasiyasını (sayımını) həyata keçirmək;
- Yoxlama apardığı struktur bölmələrdə müştəri və ya tədarükçülərlə aparılmış əməliyyatlar nəticəsində yaranmış debitor-kreditor borc qalıqlarına dair üzləşmə aktlarını yoxlamaq, üzləşmənin təkrar həyata keçirilməsinə zərurət yarandıqda bu barədə üst rəhbərə yazılı müraciət etmək;
- Yoxlama aparan zaman məsul şəxslərin fəaliyyətini məhdudlaşdırmaq, zərurət yarandıqda onların köməyindən istifadə etmək, maddi zərərlə nəticələnmiş iş funksiyalarının pozulması hallarında dəymiş ziyanın qarşılanması üçün uyğun tədbirlər həyata keçirmək.

Əlavə təminatlar:

- Nahar;
- Servis xidməti;
- Korporativ nömrə.

İş qrafiki:

- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günləri.

Namizədə tələblər

- Təhsil səviyyəsi: Ali (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat);
- İş təcrübəsi: müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (Word, Excel yaxşı səviyyədə);
- Dil bilikləri: Azərbaycan dili: əla; Rus dili: Yaxşı səviyyədə;
- Məsuliyyətlilik, operativlik, stressə dözümlülük.

E-mail: cv@oba.az / info@finstaff.az