Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin Aparıcı / Baş mütəxəssisi

Razılaşma

Azericard

Baxışların sayı: 70

Elan #12470

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
06.05.2024
Bitmə tarixi
06.06.2024
Əlaqədar şəxs
HR
Kateqoriya
Bank
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Şirkət üzrə mövcud olan, potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
• Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
• Biznes proseslərinin İT və əməliyyat risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
• Şirkətə aid bütün növ risklərin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
• Dəyişikliyin idarə olunması prosesində iştirak;
• Biznes prosesləri üzrə İT və əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanması;
• Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
• İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
• Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanmasında mütəmadi dəstək olması.

Namizədə tələblər

• Ali təhsil;
• Risklərin idarə edilməsi sahəsində ən azı 3 il təcrübə (keyfiyyətə nəzarət, İT risklərinin idarə edilməsi və ya İT təhlükəsizlik üzrə iş təcrübəsi arzu olunandır);
• İngilis dili biliyi (Rus dili arzuolunandır);
• Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
• Hesabatların hazırlanmasına dair təcrübənin olması;
• Beynəlxalq standartlar və qabaqcıl təcrübələr (PCI, ISO, NIST, Cobit, ITIL) üzrə biliklər;
• Kompyuter və şəbəkə təhlükəsizliyi, əsas şəbəkə servislərini anlamaq;
• Maliyyə sektorunda iş təcrübəsinin olması arzuolunandır;
• İT risk, audit və ya daxili nəzarət sahələri üzrə sertifikatların olması arzuolunandır.

E-mail:hr@azericard.com / info@finstaff.az