Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mikro kreditlər üzrə böyük mütəxəssis (Bərdə, Xaçmaz, Mingəçevir, Gəncə filialları üzrə)

Razılaşma

Express Bank

Baxışların sayı: 48

Elan #12468

Şəhər
Bərdə
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
06.05.2024
Bitmə tarixi
06.06.2024
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

• Kredit bazarını təhlil edir sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
• Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
• Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
• Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
• Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;
• Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
• Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür;
• Kreditin təyinatı üzrə xərclənməsi, borcalanın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə mütəmadi monitorinq keçirir;
• İH təsdiq etdiyi aylıq satış planlarını yerinə yetirir;
• Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak edir;
• Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək verir.

Namizədə tələblər

• Ali təhsil;
• Müvafiq sahə üzrə iş təcrübəsi;
• Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı.


E-mail: cv@expressbank.az / info@finstaff.az