Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əməliyyat Risklərin İdarəolunması üzrə aparıcı mütəxəssis / Baş mütəxəssis

Razılaşma

PASHA Insurance

Baxışların sayı: 85

Elan #12352

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
23.04.2024
Bitmə tarixi
21.05.2024
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Digər

İş barədə məlumat

PAŞA Sığorta ASC namizədləri Risklərin İdarəolunması Departamentində Əməliyyat Risklərin İdarəolunması üzrə aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:
• Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
• Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
• Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
• Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
• Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
• Risk iştahının hazırlanmasında iştirak etmək;
• Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
• Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
• İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
• Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
• Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

Namizədə tələblər

• İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə bakalavr təhsili;
• Komputer bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
• Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.
Təcrübə:
Ümumilikdə əlaqəli sahədə 3 il iş təcrübəsi; Risklərin idarə olunması, audit üzrə minimum 1 il təcrübə (sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).
Bacarıqlar:
• Təqdimat bacarıqları;
• Komandada işləmək bacarığı;
• Yaxşı ünsiyyət bacarığı;
• Məntiqi və analitik düşüncə;
• Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
• Stresə davamlılıq;
• Təşəbbüskarlıq;
• Məqsədyönlülük;
• Emosional stabillik və məsuliyyətli olmaq.
Son müraciət tarixi: 22.05.2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını mövzu bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

E-mail:recruitment@pasha-insurance.az / info@finstaff.az