Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Kreditlərin keyfiyyətinə daxili nəzarət şöbəsinin mütəxəssisi

Razılaşma

Xalq Bank

Baxışların sayı: 72

Elan #12346

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
22.04.2024
Bitmə tarixi
18.05.2024
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

• Kredit dosyesinin Bankın daxili standartlarına cavab verməsinin yoxlanılması məqsədilə kredit sənədlərinin (o cümlədən, kreditə üzrə təminata aid sənədlərin) düzgünlüyünün və tamlığının yoxlanılmasını təmin etmək;
• Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması;
• Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsinə yönəldilmiş təqib işinin və vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində aparılan digər tədbirlərin filiallar tərəfindən tam və vaxtında aparılmasına nəzarət etmək;
• Təsdiq olunmuş limitlərə filiallar tərəfindən riayət olunmasına nəzarət etmək, rəsmiləşdirilmiş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması məqsədilə səyyar və distant (məsafədən) yoxlamalar aparmaq;
• Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
• Müvafiq yoxlamalarzamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
• Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və vəziyyətinin yoxlanılması.

Namizədə tələblər

• Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
• Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
• Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
• Analitik düşüncə;
• Stressə davamlılıq, komandada işləmə bacarığı;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

E-mail: cv@xalqbank.az / info@finstaff.az;