Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Aparıcı Auditor

Razılaşma

PASHA Holding

Baxışların sayı: 122

Elan #12312

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
18.04.2024
Bitmə tarixi
10.05.2024
Əlaqədar şəxs
HR
Kateqoriya
Audit
Alt kateqoriya
Auditor

İş barədə məlumat

PAŞA Holdinq Strateji Aktivi olan PAŞA Sığorta şirkəti Aparıcı Auditor vakansiyasına təcrübəli namizədləri işə dəvət edir.

İşin təsviri:
• Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək;
• Nəzarət çatışmazlıqları aşkar etmək üçün yüksək çətinlikdə audit prosedurları həyata keçirmək;
• Audit layihəsi üzrə hesabatın hazırlanmasında layihə rəhbərinə dəstək göstərmək;
• Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
• Audit Layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;
• Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
• Audit layihələri üzrə hesabatların hazırlanmasında iştirak etmək;
• Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
• Daxili Audit Departamentinin direktoru tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
• Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
• Layihə rəhbərii və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Namizədə tələblər

• Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
• Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 2 ildən artıq audit funksiyasında;
• Aktuar / FRM / CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək;
• Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
• Bankçılıq və ya Sığorta sahələrini nizamlayan qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması üstünlük təşkil edir;
• Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
• Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək baçarığı;
• Ezamiyyələrdə iştirak etmək imkanı;
• Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
CV-lər e-mail ünvanına göndərilməlidir;
Mövzu sətrində “Pİ -Aparıcı Auditor” qeyd olunmalıdır;
CV-lər 10 may, 2024-ci il tarixinə qədər göndərilməlidir.

E-mail:recruitment@pasha-holding.az/info@finstaff.az