Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Aparıcı mühasib

Razılaşma

Kristal Abşeron

Baxışların sayı: 323

Elan #12303

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
17.04.2024
Bitmə tarixi
15.05.2024
Əlaqədar şəxs
HR
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Baş Mühasib

İş barədə məlumat

• Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
• Əməkhaqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
• Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
• 1C mühasibatlıq proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
• Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHH) hazırlanması;
• Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
İş şəraiti:
5 günlük iş qrafiki;
Bakı şəhəri, Hüseynbala Əliyev 32/24
Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Namizədə tələblər

• Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
• Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə);
• Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel), BTP, 1C;
• E-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı;
• Komandada işləmək bacarığı;
• MHBS səviyyəsində Peşəkar Mühasib Sertifikatının (PMS) olması;
• Mənfəət və ƏDV vergi bəyannamələrini təqdim edə bilməsi;
• Uçot əməliyyatlarını və mühasibat müxabirləşmələrini bilməsi.


Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə Aparıcı Mühasib yazmaqla hr@kristalabsheron.az / infofinstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.