Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Aparıcı mühasib

1200 AZN

Regency Consulting and Tax Solutions MMC

Baxışların sayı: 140

Elan #12281

Şəhər
Bakı
Yaş
18 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
15.04.2024
Bitmə tarixi
15.05.2024
Əlaqədar şəxs
Ayşən xanım
Telefon
E-mail
cv@rcts.az
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

• 1C 8.3 proqramında müəssisələrin uçotunun aparılması;
• ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
• Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
• Bütün növ maliyyə hesabatlarının hazılanması və 1C proqramında, mühasibat uçotu qaydalarına və vergi qanunvericiliyə uyğun əks edilməsinin təmin edilməsi;
• Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;
• Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi.

İş şəraiti:
• Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
• Korporativ mobil nömrə;
• Ə/H -1200.

Namizədlərdən “cv”-lərini cv@rcts.az elektron poçt ünvanına mövzu yerində "Aparıcı mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.

Namizədə tələblər

• Mühasib vəzifəsində minimum 3 il iş ştajı;
• Ali təhsil;
• Beynəlxalq maliyyə və peşakar mühasib sertifikatına malik olması üstünlük təşkil edəcək;
• 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı;
• Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi;
• Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus dili bilənlərə üstünlük veriləcəkdir).