Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Auditor

500 AZN

Neptun-S MMC

Baxışların sayı: 184

Elan #12242

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Kişi
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
09.04.2024
Bitmə tarixi
07.05.2024
Əlaqədar şəxs
Orxan m
Telefon
E-mail
hr@neptun.az
Kateqoriya
Audit
Alt kateqoriya
Auditor

İş barədə məlumat

• Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək;
• Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq;
• Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək;
• Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
• Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək;
• Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq;
• Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
• Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək;
• Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək;
• Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
• Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək;
• Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;
• Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentinin adından iştirak etmək
• Departament büdcəsinin hazırlamasında iştirak;
• Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
• Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.

Namizədə tələblər

• Bəy namizəd;
• Kompüter bilikləri - Excel ( yüksək səviyyədə ) , Logo Tiger proqramı ( arzuolunandır);
• Təhsil – Ali;
• Hərbi bilet ( orduya yararlı və ya yararsız fərqi yoxdur );
• Kollektiv ilə işləmək bacarığı;
• İşində ciddi və məsuliyyətli dürüst olmalı;
• Analitik düşünmək,istənilən problemi zamanında cəld,operativ həll etmək bacarığı;
• Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək,gündəlik görülən işlər haqqında məlumat vermək.

Qeyd: Ezamiyyətlər mövcuddur

-Tələblərə cavab verən namizədlər mövzu yerində Audit yazaraq, CV-lərini cv@neptun.az/info@finstaff.az email ünvanına göndərə bilərlər