Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Aparıcı mühasib

Razılaşma

Crystal Group

Baxışların sayı: 358

Elan #12157

Şəhər
Xırdalan
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
03.04.2024
Bitmə tarixi
30.05.2024
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Baş Mühasib

İş barədə məlumat

• Baş verən əməliyyatların 1C mühasibat uçotu proqramında düzgün əks olunması;
• Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
• Dövlət orqanlarına təqdim olunan hesabatlarla əlaqədar daxil olan uyğunsuzluq məktubları və ya digər müraciətləri nəzarətdə saxlamaq, ehtiyac yarandıqda cavablamaq.
• Əmək haqqı, Məzuniyyət haqqı, Ezamiyyə haqqı və Xəstəlik müavinətlərinin düzgün hesablanması və mühasibat uçotunda əks olunmasını təmin etmək;
• İnternet bankçılıq vasitəsilə bank, kredit, ödəniş tapşırıqları, maliyyə sənədləri və əmək haqqı kartlarının müraciət edilməsi;
• E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
• Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək.

İş şəraiti:
İş vaxtı: 09:00 – 18:00;
İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);
Korporativ nömrə;
Nahar fasiləsi: 13:00 – 14:00 ;
İş yeri: Xırdalan;
Rəqabətə davamlı əməkhaqqı

Namizədə tələblər

• Ali təhsil (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat)
• Analoji sahə üzrə ən azı 2 (iki) illik iş təcrübəsi.
• Peşəkar Mühasib Sertifikatının (PMS) olması üstünlükdür;
• IT biliklər: BTP, 1C 8.3 proqramını, Word və Excel yüksək səviyyədə bilməli;
• Elektron portallarda işləmək bacarığının olması (e-taxes.gov.az, e-gov.az, e-customs.gov.az);
• Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzu olunandır;
• Mühasibat, vergi və əmək qanunvericiliyi barədə biliklər;

CV (yalnız foto ilə) və əmək haqqı gözləntinizi gunel.b@crystalgroup.az / info@finstaff.az e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Aparıcı Mühasib) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.