Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Baş Mühasib

2000 - 2300 AZN

Arsenal Group

Baxışların sayı: 367

Elan #12096

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
27.03.2024
Bitmə tarixi
25.04.2024
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Baş Mühasib

İş barədə məlumat

• Rəsmi qurumlar qarşısında mükəlləfiyyətlərə uyğun olaraq vergi və statistik hesabatların hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq qurumlara təqdim olunması;
• Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması;
• Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uyğun uçotunu təmin etmək;
• DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Əməkhaqqı hesablama – ödəmə cədvəlinin hazırlanması;
• Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək;
• Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək;
• Debetor və Kreditorlarla hesablaşmalara nəzarət etmək;
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
• Gömrük bəyannamələri ilə işləmək;
• Bank, Kassa,Gəlir, Xərc, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi.

İş qrafiki:
İş qrafiki : 6 günlük
Nahar şirkət tərəfindən verilir.
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Əməkhaqqı – 2000-2300 AZN

Namizədə tələblər

• Yaş həddi: 25-40;
• Təhsil: Ali (Mühasibat sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: ən azı 2 il Baş mühasib vəzifəsində təcrübə;
• Dil bilikləri: rus dili üstünlükdür;
• Vergi Məcəlləsi və Əmək Məcəlləsi üzrə biliklər;
• Kompüter bilikləri: MS Office/Excel (əla), 1C: 8.3
• İşə məsuliyyətli yanaşmaq;
• PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı olması üstünlükdür;
• Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.

Tələblərə cavab verən namizədlərdən şəkilli CV-lərini, mövzu (subject) yerinə Baş mühasib yazaraq cv@arsenalgroup.az/info@finstaff.az-a göndərmələri xahiş olunur.