Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Auditor

800 AZN

Ayan MMC

Baxışların sayı: 244

Elan #11614

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Kişi
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
09.02.2024
Bitmə tarixi
08.03.2024
Əlaqədar şəxs
HR
E-mail
hr@ayanltd.az
Kateqoriya
Audit
Alt kateqoriya
Auditor

İş barədə məlumat

• Audit obyektlərinin həcmini müəyyən etmək;
• Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
• Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
• Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;
• Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir;
• Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir;
• Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir;
• Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir.

Əlavə məlumatlar:
İş qrafiki 08:00-dan 17:00-dək
5 günlük iş rejimi
Əməkhaqqı – 800 fix + 400 KPİ

Namizədə tələblər

• Kişi namizəd;
• Müvafiq sahədə ali təhsil (Maliyyə, İqtisadiyyat və s. sahələrdə)
• Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
• Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
• Səlis Azərbaycan dili bilikləri;
• İrəli səviyyədə MS Office ( Word, Excel, Outlook) bilikləri;
• Şəxsi avtomobil.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@ayanltd.az / info@finstaff.az elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı Auditor qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.