Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Baş Mühasib

Razılaşma

Zaman Broker

Baxışların sayı: 281

Elan #11613

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
09.02.2024
Bitmə tarixi
07.03.2024
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Baş Mühasib

İş barədə məlumat

• Qanunvericiliyə və mühasibat uçotu haqqında qanuna uyğun olaraq müəssisənin mühasibat uçotunun dəqiq aparılması;
• Bank hesablarına nəzarət və ödənişlərin banka daxil edilməsi;
• Debitor / Kreditor dövriyyəyə nəzarət;
• Anbar uçotu;
• Malın maya dəyərinin hesablanması;
• Nəğd pul vəsaitinin uçotu;
• Təhtəl hesab, avans, ezamiyyə hesabatlarının aparılması;
• Bütün növ əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanması və ödənişlərin həyata keçirilməsi;
• Dövlət Vergi Xidmətinə ünvanlanacaq bütün məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi və gələn məktubların cavablandırılması;
• Vergi hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
• Statistika Hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması.

Namizədə tələblər

• Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi
• Maliyyə / Mühasibat uçotu sahəsində ali təhsil;
• Vergi Məcəlləsi üzrə dərin biliklər;
• Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
• ERP və digər İT platformalarda işləmə bacarığı;
• İdarəetmə, analitik təhlil qabiliyyətləri;
• İşi düzgün planlamaq bacarığı.
Əməkhaqqı müsahibə əsasında müəyyənləşdiriləcək, namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.

E-mail: hr@zamanbroker.com / info@finstaff.az