İş barədə məlumat
• Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş Script-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması;
• Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək;
• Sorğuların, şikayətlərin, iddiaların sonrakı baxılması üçün vaxtında və düzgün yönləndirilməsi və müvafiq şöbələrə yenidən bölüşdürülməsi;
• Müştərilərin şəxsi kabinet əməliyyatları üzrə və kart hesabların (IBAN) informasiyası və konsultasiyası ilə təmin edilməsi.
İş vaxtı və əməkhaqqı:
İş vaxtı: 3 (üç) növbəli iş rejimi (09:00-dan -18:00-dək; 10:00-dan -19:00-dək; 11:00-dan 20:00-dək)
Əməkhaqqı: Sabit aylıq 500 azn (net) + 550 azn KPI bonus.
Ünvan: Bakı şəhəri, Xətai rayonu Demirchi Tower Biznes Mərkəzi.