Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Risk Menecmenti Departamentinin Qiymətləndirici - Mütəxəssisi

Razılaşma

Azər Türk Bank

Baxışların sayı: 102

Elan #10248

Şəhər
Bakı
Yaş
25 - 45 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
17.11.2023
Bitmə tarixi
15.12.2023
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

• Qiymətləndirmə fəaliyyətini həyata keçirmək üçün görüşlərin təşkili, tələb olunduqda qiymətləndirilən əmlaka baxışın keçirilməsi, əmlakın fotoşəkillərinin çəkilməsi, müvafiq məlumatların qeydə alınması;
• Bankın qiymətləndirmə formasının doldurulması, müvafiq hesabatın hazırlanması;
• Əmlakların mövcud qiymətinin, əmlak qiymətlərində tendensiyanın müəyyən edilməsi üçün bazar araşdırması aparılması;
• Öhdəliklərin yerinə yetirilməsi zamanı əldə olunacaq kommersiya sirrini təşkil edən məlumatların məxfiliyinin təmin edilməsi;
• Daşınar və daşınmaz əmlakların, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və digər əmlakların qiymətləndirilməsi.

Namizədə tələblər

• Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• Qiymətləndirmə sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalı;
• Qiymətləndiricilər Palatasının üzvü olmalı, qiymətləndirmə fəaliyyəti sahəsində peşəkarlıq səviyyəsini əks etdirən müvafiq sertifikatlara sahib olmalı;
• Qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququ olmalı;
• Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanun və normativ aktlar haqqında ətraflı nəzəri və praktiki biliyə, daşınmaz əmlak bazarının konyunkturası və onun xüsusiyyətlərinə, girov əmlakının monitorinqi proseslərinə, onun məqsəd və vəzifələrinə, qiymətləndirmə fəaliyyətinin milli və beynəlxalq standartlarına bələd olmalı;
• Səlis Azərbaycan dili (İngilis və Rus dili arzuolunandır);
• Kompüter və internet resurslarda işləmək bacarığı olmalı;
• Komandada işləmək qabiliyyətinə malik olmalı;
• Risk intuisiyası olmalı;
• Hesabatlılıq qabiliyyəti olmalı;
• Analiz və riyazi hesablama aparmaq qabiliyyətinə malik olmalı;
• Gərgin əmək şəraitində işləmək qabiliyyətinə sahib olmalı;
• İnsanlarla işgüzar ünsiyyət qurmaq bacarığı olmalı;
• Məsuliyyətli, peşəkar və enerjili olmalı;
• Regionlara ezamiyyətlərə hazır olmalı.

CV-lərinzi vakansiyanın adını qeyd etməklə cv@azerturkbank.az / info@finstaff.az elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.