Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Aparıcı mühasib

Razılaşma

Qala Sigorta

Baxışların sayı: 309

Elan #10235

Şəhər
Bakı
Yaş
23 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
16.11.2023
Bitmə tarixi
13.12.2023
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Baş Mühasib

İş barədə məlumat

• Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
• İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
• Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
• Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
• Dövlət orqanları ilə gündəlik yazışmalar. Kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
• Şəxsi hesab vərəqənin yoxlanılması;
• Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Əsas vəsaitlər üzrə amortizasiya hesablanması;
• Anbarın izlənilməsi, yoxlanılması və nəzarət;
• Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
• Banklar üçün qarantiyalar ilə bağlı hesabatların hazırlanması, lazım olan dövlət arayışlarının alınması üçün e-kargüzarlıqdan müraciətlərin göndərilməsi;
• Ay sonu maliyyə hesabatlarının hazırlanması (Balans Sheet, P&L, Cashflow);
• Rəhbərliyə təqdim edilən gündəlik hesabatlar:
• Pul vəsaitlərinin qalıqları, Debitor Kreditor borcları qalıqları, Büdcə, Bank və s.
• Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinin digər tapşırıqlarının və Şirkətin İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrası.

Əmək şəraitinin şərtləri:

Əməkhaqqı: razılaşma əsasında
İş vaxtı: Bazar ertəsi-Cümə günləri, saat 09:00-18:00
İstirahət günləri: Şənbə, Bazar
Əmək məzuniyyəti: 30 təqvim günü

Namizədə tələblər

• Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
• Aidiyyəti sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
• Peşəkar səviyyədə Microsoft Office proqramlarını (xüsusilə Excel) bilməli, Power BI bilikləri üstünlükdür;
• Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
• Verilən tapşırıqları sərbəst həll etmə bacarığına malik olmalı;
• Eyni vaxtda bir neçə işə fokuslana bilmək;
• Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların ACCA F3, F7 olması, F9 sertifikatının olması üstünlükdür.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 13 dekabr 2023-cü il tarixinədək Maryam.Aliyeva@qala-insurance.az / info@finstaff.az elektron ünvanına email-in mövzu hissəsində Aparıcı mühasib yazaraq göndərmələri xahiş olunur.