OBA Market MMC — Vakansiya
Vakansiya · finstaff.az
İnkassasiya əməliyyatları üzrə aparıcı mütəxəssis
OBA Market MMC
Razılaşma
finstaff.az
Elan #18714
03.11.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
–
Cins
Fərqi yoxdur
Kateqoriya
Bank
Kassir
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
03.11.2026
Bitmə tarixi
03.12.2026
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
Veb sayt
www.oba.az
İş barədə məlumat
  • İnkassatorların marşrutlarının və gündəlik inkassa prosesinin koordinasiyası.
  • İnkassa olunan və olunmayan marketlər üzrə gündəlik məlumatların toplanması, yoxlanılması və aidiyyəti şəxslərə göndərilməsi.
  • İnkassa paketlərinin və pul vəsaitlərinin təhvil-təslim prosesinə nəzarət edilməsi.
  • Qəbul kassaları üzrə əməliyyatların yoxlanılması, yaranan fərqlərin araşdırılması və düzəlişlərin koordinasiyası.
  • Problemli inkassa paketlərinin müəyyən edilməsi, həllinin təşkili və sayım kassasına təhvil verilməsinin izlənilməsi.
  • İnkassa əməliyyatları üzrə məlumatların SAP və Tiger sistemlərinə daxil edilməsi və müvafiq əməliyyatların icrasının izlənilməsi.
  • Terminal ödənişləri üzrə gecikmələrin və texniki problemlərin müəyyən edilməsi, aidiyyəti komandalarla həllinin koordinasiyası.
  • Sənəd daşınması xərcləri üzrə cədvəllərin hazırlanması və yaranan uyğunsuzluqların araşdırılması.
  • Sürücülərin bonus və əməkhaqqı hesablamaları üçün məlumatların hazırlanması və aidiyyəti şəxslərə təqdim edilməsi.
  • Seyf paketlərin hazırlanması, paylanması və uçotunun aparılması.
  • İnkassa aktlarının və protokollarının hazırlanması, sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi.
  • Yeni açılan və yeri dəyişdirilən marketlərin inkassa marşrutlarına daxil edilməsinin koordinasiyası.
  • İnkassa prosesləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.
  • İnkassa əməliyyatları zamanı yaranan problemlərin araşdırılması, məlumatların düzgünlüyünün təmin edilməsi və proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.

İş qrafiki:

  • 5 gün, 08:00-17:00

 

Namizədlərə tələblər
  • Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Təcrübə: Maliyyə, kassa əməliyyatları, inkassasiya və ya əməliyyatların koordinasiyası sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Proqram təminatı üzrə biliklər : MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik; SAP və digər ERP sistemləri üzrə biliklər üstünlükdür;
  • Peşəkar biliklər: Kassa əməliyyatları, pul vəsaitlərinin uçotu, təhvil-təslim və üzləşmə prosesləri üzrə biliklər;
  • Analitik bacarıqlar: Məlumatların təhlili, maliyyə fərqlərinin araşdırılması və hesabatların hazırlanması bacarığı;
  • Şəxsi keyfiyyətlər: Diqqətlilik, məsuliyyətlilik, operativlik
  • Üstünlükdür: Pərakəndə satış (Retail) və FMCG sektorunda iş təcrübəsi.

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 03.11.2026