Maliyyə departamentinin rəhbəri
Vakansiya haqqında məlumat:
PAŞA Sığorta ASC namizədləri Maliyyə departamentinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Biz, şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə siyasətini formalaşdıran və həyata keçirən, Maliyyə Nəzarəti, Mühasibatlıq və Hesabatlıq şöbələrinə rəhbərlik edən strateji lider axtarışındayıq. Bu vəzifə, maliyyə resurslarının səmərəli idarə edilməsini, mühasibat uçotunun yerli qanunvericilik və IFRS standartlarına uyğunluğunun təmin edilməsini, vergi planlaşdırılmasını və maliyyə proseslərinin rəqəmsallaşdırılmasını əhatə edir. Siz, şirkətin maliyyə fəaliyyətinə hərtərəfli nəzarəti həyata keçirərək, idarə heyətinə strateji tövsiyələr təqdim etməklə biznesin dayanıqlı inkişafına mühüm töhfə verəcəksiniz.
Öhdəliklər
- Şirkətin strateji məqsədlərinə uyğun maliyyə strategiyasını və siyasətini hazırlamaq və icrasına rəhbərlik etmək;
- Maliyyə Nəzarəti, Mühasibatlıq və Hesabatlıq şöbələrinin fəaliyyətinə ümumi rəhbərlik etmək və onların koordinasiyasını təmin etmək;
- Mühasibat uçotunun yerli qanunvericiliyin tələblərinə və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğunluğuna strateji nəzarəti həyata keçirmək;
- Vergi planlaşdırılması və qanunvericiliyə uyğun vergi optimallaşdırılması mexanizmlərinin tətbiqinə rəhbərlik etmək;
- İdarəetmə uçotu sisteminin və daxili maliyyə hesabatlılığının formalaşdırılmasına və inkişafına rəhbərlik etmək;
- Maya dəyərinin təhlili, xərclərin idarə olunması və maliyyə göstəricilərinin optimallaşdırılması üzrə analitik fəaliyyətləri təşkil etmək;
- Maliyyə proses və prosedurlarının təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərini həyata keçirmək;
- Xarici audit və vergi yoxlamaları proseslərinin koordinasiyasını və idarə edilməsini təmin etmək;
- Şirkətin maliyyə vəziyyəti üzrə mütəmadi təhlillər aparmaq və rəhbərliyə strateji tövsiyələr təqdim etmək.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Head of Finance Department and become a member of our professional team.
We are seeking a strategic leader to develop and implement the company's financial policy in line with our strategic objectives, while also leading the Financial Control, Accounting, and Reporting departments. This role encompasses the efficient management of financial resources, ensuring compliance of accounting with local legislation and IFRS standards, managing tax planning, and driving the digitalization of financial processes. You will contribute significantly to the sustainable growth of the business by exercising comprehensive control over the company's financial activities and providing strategic recommendations to the management board.
Responsibilities
- Develop and lead the implementation of the company's financial strategy and policy in alignment with strategic goals;
- Provide overall leadership and coordination for the Financial Control, Accounting, and Reporting departments;
- Ensure strategic oversight of accounting compliance with local legislation and International Financial Reporting Standards (IFRS);
- Lead the application of tax planning and tax optimization mechanisms in accordance with legislation;
- Lead the formation and development of the management accounting system and internal financial reporting;
- Organize analytical activities for cost analysis, expense management, and optimization of financial indicators;
- Implement initiatives for the improvement, digitalization, and automation of financial processes and procedures;
- Ensure the coordination and management of external audits and tax inspection processes;
- Conduct regular analyses of the company's financial position and provide strategic recommendations to management.
What We Offer
Meaningful Work
- Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change.
A Team That Grows Together
- Opportunity to work in a professional, supportive, and collaborative team environment.
Continuous Development Opportunities
- Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience.
A Trust-Based Work Environment
- A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.