NBCO KredAqro — Vakansiya
Vakansiya · finstaff.az
Problemli Borcların Hüquqi İdarə Edilməsi üzrə Biznes-Analitik
NBCO KredAqro
Razılaşma
finstaff.az
Elan #18675
29.10.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
–
Cins
Fərqi yoxdur
Kateqoriya
Maliyyə
Digər
Təhsil
–
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elan tarixi
29.10.2026
Bitmə tarixi
28.11.2026
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
Veb sayt
www.kredaqro.az
İş barədə məlumat

Vəzifə öhdəlikləri

  • Proseslərin optimallaşdırılması: Borcların tutulma müddətini (Time-to-Recovery) azaltmaq məqsədilə biznes-proseslərin davamlı təkmilləşdirilməsi və gündəlik əməliyyatların (reyestrlərin ixracı, sənəd şablonlarının hazırlanması) avtomatlaşdırılması.
  • Hesabatlılıq: Portfelin cari vəziyyəti, pul vəsaitlərinin daxilolmaları üzrə proqnozlar (Cash Flow) və şöbənin fəaliyyətinin effektivliyi barədə rəhbərliyə müntəzəm (həftəlik/aylıq) hesabatların azırlanması və təqdim edilməsi.
  • Metodologiya: Daxili reqlamentlərin, təlimatların və sənəd şablonlarının hazırlanması.
  • Xarici podratçılarla iş: Cəlb olunduğu halda, kənar hüquq şirkətlərinin və kollektor agentliklərinin fəaliyyətinə nəzarət edilməsi və effektivliyinin qiymətləndirilməsi (autsorsinq).
  • Portfelin təhlili: Borcluların borcun tutulması perspektivlərinə uyğun olaraq seqmentləşdirilməsi.
  • Hüquqi alətin seçilməsi: Hər bir iş üzrə optimal hüquqi mexanizmin müəyyən edilməsi: notariusun icra qeydi və ya məhkəməyə müraciət.
  • Qarşı tərəflərin yoxlanılması: Borcun tutulmasının məqsədəuyğunluğunu qiymətləndirmək üçün borcluların əmlak vəziyyətinin yoxlanılması prosesinin təşkili və məlumatların yoxlanılması məqsədilə əlavə mənbələrdən istifadə edilməsi.
Namizədlərə tələblər
  • Rus dili biliyi.
  • Danışıqlar aparmaq bacarığı.
  • Maliyyə sektorunda biznes-proseslərin təhlili üzrə iş təcrübəsi (borcların tutulması sahəsində ixtisaslaşma üstünlükdür).
  • İT bölməsi üçün biznes tələblərinin (BT) təsviri və formalaşdırılması üzrə təcrübə.
  • Portfel analitikası üzrə təcRrübə (seqmentləşdirmə, prioritetlərin müəyyən edilməsi və strategiyanın seçilməsi).
  • Excel proqramından sərbəst istifadə bacarığı.
  • Proaktivlik.

Maraqlanan namizədlər öz CV-lərini recruitment@kredaqro.az elektron poçt ünvanına göndərə bilərlər.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 29.10.2026