Telesatış və Birbaşa satış şöbəsinin rəhbəri
Vakansiya haqqında məlumat:
PAŞA Sığorta ASC peşəkar komandasına qoşulmaq istəyən namizədləri Telesatış və Birbaşa satış şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməyə dəvət edir.
Bu vəzifə telesatış və birbaşa satış kanallarının strateji idarə olunmasına rəhbərlik etməklə satış performansının davamlı artırılmasını, müştəri bazasının inkişafını və satış komandasının yüksək nəticələr əldə etməsini təmin edir.Şöbə rəhbəri satış strategiyalarının hazırlanması və icrası, komandanın effektiv idarə olunması, müştəri yönümlü yanaşmanın formalaşdırılması, həmçinin satış proseslərinin optimallaşdırılması istiqamətində əsas rol oynayır.Vəzifə şirkətin biznes məqsədlərinə uyğun olaraq satış fəaliyyətinin inkişaf etdirilməsini, gəlirliliyin artırılmasını və yüksək xidmət keyfiyyətinin qorunmasını nəzərdə tutur.
Öhdəliklər
- Telesatış və birbaşa satış kanallarının fəaliyyətini planlaşdırmaq, təşkil etmək və effektiv idarə etmək;
- Satış strategiyalarının icrasını təmin etməklə şöbənin müəyyən edilmiş hədəflərinə nail olunmasına rəhbərlik etmək;
- Mövcud müştəri bazasının inkişafını və yeni müştərilərin cəlb olunmasını təmin etmək;
- Komanda üzvlərinin fəaliyyətini koordinasiya etmək, performansını qiymətləndirmək və peşəkar inkişafını dəstəkləmək;
- Müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsini və korporativ xidmət standartlarına əməl olunmasını təmin etmək;
- Sığorta müraciətləri üzrə zəruri məlumatların toplanmasına, anderraytinq prosesinin koordinasiyasına və sənədləşmə işlərinin düzgün aparılmasına nəzarət etmək;
- Sığorta müqavilələrinin yenilənməsi prosesini idarə etmək və aidiyyəti sənəd dövriyyəsinin düzgün təşkilini təmin etmək;
- Satış nəticələrini təhlil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şöbənin fəaliyyətinin optimallaşdırılması və satış effektivliyinin artırılması istiqamətində təşəbbüslərlə çıxış etmək.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
Head of Telesales and Direct Sales Department
PASHA Insurance OJSC invites highly motivated and results-driven professionals to apply for the position of Head of Telesales and Direct Sales Department and join our professional team.
This role is responsible for leading the strategic development and management of telesales and direct sales channels to achieve sustainable business growth and sales excellence. The successful candidate will drive sales performance, expand the customer portfolio, enhance operational efficiency, and foster a high-performing sales culture. The position plays a key role in designing and implementing sales strategies, developing team capabilities, maintaining exceptional customer experience standards, and contributing to the achievement of the Company's overall business objectives.
Responsibilities
- Plan, organize, and effectively manage the activities of telesales and direct sales channels;
- Lead the department in achieving established sales targets through the successful implementation of sales strategies;
- Ensure the development of the existing customer portfolio and the acquisition of new customers;
- Coordinate team activities, evaluate performance, and support the professional development of team members;
- Ensure the delivery of high-quality customer service and compliance with corporate service standards;
- Oversee the collection of required information for insurance applications, coordinate underwriting processes, and monitor proper documentation procedures;
- Manage the renewal process of insurance policies and ensure accurate and efficient document flow;
- Analyze sales performance, prepare relevant reports, and present findings to management;
- Initiate and implement improvements aimed at optimizing departmental operations and enhancing sales effectiveness.
What We Offer
Meaningful Work
- Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change.
A Team That Grows Together
- Opportunity to work in a professional, supportive, and collaborative team environment.
Continuous Development Opportunities
- Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience.
A Trust-Based Work Environment
- A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.