Accounting.Az — Vakansiya
Vakansiya · finstaff.az
Aparıcı mühasib
Accounting.Az
1750 - 2500 AZN
finstaff.az
Elan #18436
28.09.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
26 – 40 yaş
Cins
Fərqi yoxdur
Kateqoriya
Mühasibat
Digər
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elan tarixi
28.09.2026
Bitmə tarixi
31.10.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.accounting.az
İş barədə məlumat

Açıq vəzifə: Aparıcı mühasib (Mühasibat və Vergi üzrə aparıcı mütəxəssis)

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq, müştərilərin gündəlik mühasibat və vergi əməliyyatlarının sərbəst olaraq idarə edilməsi;
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi bəyannamələrinin hazırlanması;
  • Mühasibat əməliyyatlarının müvafiq proqram təminatında vaxtında və düzgün əks etdirilməsi;
  • Əməkhaqqı, DSMF və digər məcburi ödənişlərin hesablanması;
  • Vergi və mühasibat məsələləri üzrə tapşırıqların vaxtında və dəqiq icra edilməsi.

Biz nə təklif edirik?

  • Pozitiv və dəstəkləyici iş mühiti;
  • İş qrafiki: bazar ertəsi–cümə, saat 08:30–17:30;
  • Həftədə bir dəfə evdən işləmək imkanı;
  • Gross 1 750 – 2 500 AZN əməkhaqqı;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Könüllü tibbi sığorta;
  • Kritik xəstəliklərdən və ölüm hallarından sığorta;
  • Push30 abunəliyi;
  • Peşəkar təlimlərdə iştirak və inkişaf imkanları.
Namizədlərə tələblər
  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 3+ il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
  • ƏDV, mənfəət vergisi, DSMF və əməkhaqqı hesablamaları üzrə praktiki təcrübə;
  • 1C və MS Excel proqramlarında praktiki işləmək bacarığı;
  • PMS sertifikatının olması;
  • ACCA F3, F7 sertifikatının olması;
  • İngilis və ya rus dillərindən ən azı birini yüksək səviyyədə bilmək;
  • Konsaltinq sahəsində iş təcrübəsi üstünlükdür.

Qeyd: Aparıcı mühasib vəzifəsi üzrə tələb olunan təcrübə və kvalifikasiyalara tam uyğun gəlməyən, lakin Mühasib (Mühasibat və Vergi üzrə mütəxəssis) kimi komandamıza qoşulmaq istəyən namizədlər də müraciət edə bilərlər. Bu namizədlər bilik və təcrübə səviyyələrinə uyğun olaraq fərqli vəzifə və əmək şərtləri üzrə dəyərləndiriləcəklər.

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 30.09.2026