SME Kreditlər komandasında təcrübə keçərək bank sektorunda real iş mühiti ilə tanış olmaq və peşəkar biliklərini inkişaf etdirmək istəyən namizədləri komandamıza dəvət edirik.
Təcrübə proqramı çərçivəsində siz:
- SME kreditləşmə prosesləri ilə yaxından tanış olacaqsınız;
- Daxil olan müraciətlər əsasında müştərilərin maliyyə vəziyyətinin və biznes fəaliyyətinin təhlili prosesində iştirak edəcəksiniz;
- Kredit təkliflərinin hazırlanması və kredit sənədlərinin rəsmiləşdirilməsi prosesində dəstək göstərəcəksiniz;
- Kredit portfelinin monitorinqi və ödəniş intizamının izlənilməsi prosesində iştirak edəcəksiniz;
- Təcrübəli əməkdaşların mentorluğu ilə praktiki bilik və bacarıqlar əldə edəcəksiniz.
Biz nə təklif edirik?
- Bank sektorunda real iş təcrübəsi qazanmaq imkanı;
- Peşəkar mentorların dəstəyi ilə inkişaf;
- SME kreditləşmə sahəsində praktiki biliklərin əldə olunması;
- Dinamik və peşəkar komandada çalışma imkanı;
- Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün bankda karyera imkanlarının qiymətləndirilməsi.