Əməliyyat və Tənzimləyici Risklərin idarə edilməsi üzrə Kiçik mütəxəssis (analıq məzuniyyəti)
PASHA Bank
Razılaşma
finstaff.az
Elan #18383
21.09.2026
Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
–
Cins
Fərqi yoxdur
Kateqoriya
Bank
Əməliyyatçı
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
21.09.2026
Bitmə tarixi
25.09.2026
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
Veb sayt
www.pashabank.az
İş barədə məlumat
Bankın bütün yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi - potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması;
Ssenarilərin təhlil edilməsi və Stress testlərin icrası;
Bankın fəaliyyətinin davamlı izlənilməsi və qeyri-maliyyə risklərinin baş vermə ehtimalının təhlil edilməsi;
Risk iştahası bəyannaməsi (RİB) limitlərinin və tolerantlıq səviyyəsinin pozulmasının və statusunun davamlı nəzərdən keçirilməsi;
Insidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması;
Daxili zərər bazasının hazırlanması, gözlənilən itkilərin hesablanması;
Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə yekun rəyin verilməsi;
Bank məhsulları ilə bağlı limitlərin təyin edilməsinə dəstək;
Bank-daxili səlahiyyətlərin idarə edilməsi prosesinə nəzarət və səlahiyyət matriksinin vaxtında yenilənməsinə dəstək göstərilməsi;
Səlahiyyət matrisinə səlahiyyətlərin daxil edilməsi üçün əməliyyat təlimatlarının hazırlanmasına dəstək göstərilməsi;
Bankın müvafiq funksiyaları üçün qeyri-maliyyə riskləri üzrə tədrisin təmin edilməsində dəstək / Risk mədəniyyətinin inkişaf etdirilməsi / risk koordinatorla daimi əməkdaşlıq;
Bankda Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə (RCSA) proyektinin icrası;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Namizədlərə tələblər
Təhsil: İqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, İnformasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
İş təcrübəsi: minimum 1 il Bank sahəsi üzrə təcrübə;
Biliklər: Risklərin qiymətləndirilməsində təcrübə, Mərkəzi Bank-ın təlimatları ilə işləmə təcrübəsi, proseslərin təhlili, Daxili Nəzarət və ya Audit təcrübəsi arzu olunandır;
Xarici dil: İngilis, Rus (arzuolunandır);
Kompüter Bacarıqları: Microsoft Office.
Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: