Avrora — Vakansiya
Vakansiya · finstaff.az
Maliyyə monitorinqi üzrə Aparıcı auditor
Avrora
Razılaşma
finstaff.az
Elan #18380
21.09.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Audit
Auditor
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
21.09.2026
Bitmə tarixi
18.10.2026
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
Veb sayt
www.avrora.az
İş barədə məlumat

Əsas vəzifə öhdəlikləri:

  • Maliyyə və əməliyyat prosesləri üzrə daxili audit yoxlamalarının həyata keçirilməsi;
  • Maliyyə əməliyyatlarının şirkətin siyasət, prosedur və daxili nəzarət tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
  • Maliyyə məlumatlarının, hesabatların və əməliyyat göstəricilərinin düzgünlüyünün və tamlığının yoxlanılması;
  • Hesabların, maliyyə məlumatlarının və müvafiq hesabatların qarşılaşdırılması və uyğunsuzluqların müəyyən edilməsi;
  • Maliyyə və əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
  • Maliyyə səhvləri, sui-istifadə, saxtakarlıq və digər maliyyə risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi;
  • ERP sistemlərində maliyyə məlumatlarının düzgünlüyünün və məlumat axınının bütövlüyünün yoxlanılması;
  • Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının yoxlanılması və təhlili;
  • Aşkar edilmiş nöqsan və uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin müəyyən edilməsi və icrasının izlənilməsi;
  • Maliyyə və daxili nəzarət üzrə audit nəticələri, risklər və aşkar edilmiş uyğunsuzluqlar barədə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Maliyyə nəzarəti və risklərin idarə edilməsi sistemlərinin inkişafı üzrə təkliflərin hazırlanması.

Tələb olunan bilik və bacarıqlar:

  • ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
  • Audit və Maliyyə Nəzarəti prosedurlarının həyata keçirilməsi üçün pərakəndə sektoru üzrə ümumi biliklərin və müvafiq sahədə biznes prosesləri üzrə anlayışın olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları.
  • Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
  • Problem həlletmə bacarığı;
  • Səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Diqqətlilik.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.
Namizədlərə tələblər
  • Təhsil: Ali təhsil - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə;
  • Maliyyə sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı auditor” yazaraq hr@avrora.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 21.09.2026